3 C
Baku
Saturday, December 14, 2024

Bakıda dövlət idarəsində böyük yoxlamalar başladı, Bakı meri sərəncam imzaladı

Bakı Şəhər İcra Hakimiyyətində inventarlaşdırma və yoxlama aparılır.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, icra hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun sərəncamına əsasən, inventarlaşma işlərinin aparılması ilə bağlı komissiya yaradılıb.

Yoxlamalar İcra Hakimiyyətinin bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində də tam və hərtərəfli şəkildə aparılacaq.

İnventarlaşdırma işləri normal hal sayılır və vaxtaşırı olaraq bütün idarə və təşkilatlarda keçirilir.

Qeyd edək ki, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov bir müddət əvvəl qızı Aysel Şükürovanın toyuna 400 min dollar xərcləməsi haqqında yayılan xəbərlərlə gündəmə gəlmişdi.

Son xəbərlər
Digər xəbərlər