Şirkətin adı: Unibank KB
Yerləşmə: Bakı
Sektor: İnformasiya Texnologiyaları /Bank
Vəzifə : Məlumat bazalarının idarə olununması şöbəsinin mütəxəssisi
Müqavilə şərtləri: Daimi
Bank haqqında
Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.
Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank, bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır.
Başlıca öhdəliklər və məsuliyyətlər:
- Yeni verilənlər bazasının yaradılması;
- Əsas baza obyektlərini (table,cluster,sequence,packages, procedures vəs) idarə etmək;
- OAS (weblogic,forms) program təminatının idarə olunması;
- İstehsal qabiliyyətinin monitorinqi,optimallaşdırılması və tuninqi;
- Son versiya Oracle RDBMS və alətlərin yüklənməsi vəya cari versiyanın yenilənməsi;
- Programlar arasında baza resurslarının optimal bölgüsünü təşkil etmək;
- Resuslardan daha çox istifadə edən prosesləri/obyektləri müəyyən edib optimallaşdırmaq;
- Verilənlər bazasının ehtiyat sürətinin planlaşdırılmış qaydada çıxarılması;
- Verilənlər bazasının ehtiyat bazadan bərpa edilməsi;
- Standby bazalarda məlumatın aktual vəziyyətdə saxlanması;
- Məlumat bazalarında yaranan xətaları təsbit etmək,bu bildirişlərin avtomatık göndərilməsini təmin etmək;
- Mövcud və yeni təhlükəsizlik tədbirlərini öyrənmək və tətbiq etmək;
- Mümkün təhlükəsizlik riskləri barədə barəsində rəhbərliyə məlumat vermək;
- Verilənlər bazası obyektlərinin dəyişdirilməsinin analizində kömək etmək;
- Test,təlim və digər məqsədlər üçün yeni bazaların yaradılması;
- Tətbiq olunan programların performasını artırmaq məqsədi ilə SQL sorğuların optimallaşdırılması,indekslərin istifadəsi və resurs bölümləmə işlərinin həyata keçirmək;
- Verilənlər bazası və yardımçı alətlərin,programların işində yaranan nasazlıqları aradan qaldırmaq;
- Bankın cari işinin və lahiyələrini nəzərə alaraq verilənlər bazasının həcmini daim aktual tələblərə cavab verməsini təmin etmək.
Namizədin Profili:
- İnformasiya Texnologiyaları sahəsində ali təhsil;
- Aidiyyatı sahədə minimum 1 il iş təcrübəsi;
- Oracle RAC,ASM,Data Guard texnologiyaları ilə iş təcrübəsi arzu olunandır;
- Oracle Weblogic və Oracle Forms ilə iş təcrübəsi arzu olunandır.
Göstərilən tələblərə cavab verən namizədlər https://unibank.az/az/hrsnew/vacanciesHrm/232 linki vasitəsiylə vakansiyaya müraciət edə bilərlər.