24 C
Baku
Friday, September 27, 2024

Hansı ölkələrə səyahət təhlükəlidir?

Bəzi ölkələrə səyahət edilən zaman şəxsiyyət vəsiqənizə vurulan möhür digər bir ölkəyə səfər edən zaman sizə əsl maneə yarada bilər və hətta məhkəmədə əleyhinizə dəlil olaraq da istifadə edilə bilər. Məsələn, Gürcüstana Abxaziyadan, Serbiyaya isə Kosovadan gəlmək qanunsuz hesab edilir.  Şəxsiyyət vəsiqənizdə möhür səbəbindən cərimələnə, deportasiya oluna və hətta məsuliyyətə cəlb edilə bilərsiniz. Aşağıda sizə münasibətləri heç də yaxşı olmayan bəzi ölkələri təqdim edirik. Əgər aralarında konflikt yaşayan bu ölkələrə səfər etmək istəyirsinizsə, daha sonradan başınıza gələnləri nəzərdən keçirin.

İsrail — Ərəb dövlətləri

Bu yaxınlarda İsrail möhürü ilə bir çox Ərəb ölkələrinə səfər etmək qadağan edildi. Bu ölkələrə Səudiyyə Ərəbistanı, İran, Küveyt, Livan, Liviya, Pakistan, Suriya, Sudan və s. daxildir. Lakin hal-hazırda hər şey daha sadədir: İsrail sərhədçiləri xarici pasporta möhür vurmur və onun əvəzinə ona çıxarış təqdim edir. Bu çıxarışı əldə edən şəxs təyyarəyə minən zaman onu təqdim edir və rahatlıqla Ərəb ölkələrinə səfər edir.

Abxaziya və Cənubi Osetiya — Gürcüstan

Gürcüstan Abxaziya və Cənubi Osetiyanı öz işğal edilmiş əraziləri hesab edir. Buna görə də, bu iki respublikadan Gürcüstana gəlmək qanunsuz hesab edilir. Bunun nəticələri isə çox ciddidir: cərimə edilməkdən həbsə qədər. Şəxsiyyət vəsiqəsində Abxaziya və Cənubi Osetiya möhürü ilə Gürcüstanda sizi 5 ilə qədər həbs cəzası gözləyir.

Kuba — Amerika

 1962-ci ildə Amerikanın Kuba ilə ticarətə embarqo qoyması ABŞ qanunvericiliyinə tabe olan hər bir şəxsin Kubaya səfər etməsi və istənilən ticarət əlaqələrini qadağan etdi. Siz adi turist olsanız və Kubadan sonra ABŞ-a getmək istəsəniz bəzi cəhətlərə diqqət etməlisiniz. Kubalı sərhədçilər artıq şəxsiyyət vəsiqəsinə möhür vurmur və ayrılıqda viza təqdim edirlər. Həmçinin özünüz ilə ABŞ-a Kuba suvenirləri gətirməyin. Buna görə sizi hətta cərimələyə də bilərlər. Kubadan ABŞ-a yalnızca üçüncü ölkə vasitəçiliyi ilə gələ bilərsiniz. Kuba ərazisində Amerikan banklarına məxsus kartlardan və dollardan istifadə etmək də olmaz.

Kosovo — Serbiya

Serbiya Kosovo Respublikasını idarə altından çıxmış öz ərazisi hesab edir və Kosovo sərhədçiləri tərəfindən vurulmuş möhürü qəbul etmir. Əvvəllər Kosovo tərəfindən vurulmuş möhürü Serbiya sərhədçiləri ləğv edirdilər. Lakin bu yaxınlarda Serbiya Kosovodan öz ölkələrinə gəlməyi sərhədi qanunsuz olaraq keçmək kimi qəbul etməyə başladı. Nəticədə cərimə oluna və ölkədən deportasiya oluna bilərsiniz. Bunun üçün Çernoqoriya və Makedoniyadan üçüncü ölkə olaraq istifadə edə bilərsiniz.

 Kipr: yunan və türk tərəfi

Kipr və onun paytaxtı iki hissəyə bölünüb: yunanların Kipr Respublikası Şimali Kipr Türk Respublikasını tanımır və şəxsiyyət vəsiqənizdə türklərin möhürü varsa sizi yunan sərhədçiləri öz ərazilərinə buraxmayacaqlar. Bu zaman istisna yalnız Şengen vizasına sahib olanlara şamil edilir. Kiprin türklər olan hissəsinə isə maneəsiz keçə bilərsiz.

Son xəbərlər
Digər xəbərlər