6 C
Baku
Sunday, December 15, 2024

Prezident nazir Mikayıl Cabbarova rütbə verdi

Azərbaycan Prezidenti İlham Əliyev 10 oktyabr tarixində  Mikayıl Cabbarova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Banker.az bu barədə Prezidentin saytına istinadən xəbər verir.

“Azərbaycan Respublikasının vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilsin.” – deyə sərəncamda deyilir.

Qeyd edək ki, M. Cabbarov Azərbaycan Respublikasının Vergilər naziri kimi 5 dekabr 2017-ci il tarixindən Prezidentin sərəncamı ilə təyin edilib. O bu postu Fazil Məmmədovdan təhvil almışdı.

Vergi nazirindən öncə isə o, Azərbaycan Respublikası Təhsil Naziri vəzifəsində çalışırdı.

Son xəbərlər
Digər xəbərlər