2018-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 102 ölkəyə məhsul ixrac olunub, 166 ölkədən idxal olunub. Banker.az-a bu barədə Dövlət Statistika Komitəsindən məlumat daxil olub.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 20 275,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 13 412,2 milyon dollar, idxalın dəyəri 6 863,5 milyon dollar təşkil etmiş, nəticədə 6 548,7 milyon dollarlıq müsbət ticarət saldosu (ətraflı) yaranmışdır.
2017-ci ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,8 faiz, o cümlədən ixrac 37,7 faiz, idxal 29,5 faiz artıb. Real ifadədə dövriyyə 0,2 faiz, o cümlədən ixrac 1,0 faiz artmış, idxal isə 1,2 faiz azalıb.