Casusluqda ittiham olunan amerikalı keşiş Endryu Bransonun İzmir Ağır Cinayətlər məhkəməsinin qərarı ilə ev həbsindən azad olunmasına ABŞ prezidenti Donlad Trampdan ilk reaksiya gəlib.
Banker.az xəbər verir ki, Tramp Branson üzərindən nəzarətin götürülməsinə dair məhkəmənin çıxardığı qərarı müsbət qarşılayıb və keşişin tezliklə Amerikaya dönəcəyinə ümid etdiyini bildirib.
“Bransonla bağlı məsələ üzərində gərgin şəkildə işləyirik. Fikirlərim və dualarım Bransonladır. Onun təhlükəsiz şəkildə tezliklə evinə geri dönəcəyinə ümid edirik” – deyə, Tramp tvitterdə yazıb.