Türkiyə ilə ABŞ arasında gərginliyə səbəb olan keşiş Endryu Bransonun işi üzrə məhkəmə bu gün qərar çıxarıb.
Banker.az “Hürriyet”e istinadən bildirir ki, məhkəmə amerikalı keşişin ev dustaqlığından azad olunması və ona qarşı məhkəmə-nəzarət şərtlərinin aradan qaldırılması barədə qərar çıxarıb.
Bununla yanaşı, məhkmə Bransonun 3 il 1 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm verib. Həbs cəzası bitdikdən sonra isə, branson tamamilə sərbəst buraxılacaq və ABŞ-a geri dönə biləcək.
Lakin iddia olunur ki, üzərindən məhkəmə nəzarəti götürülən Branson həbsə atılmamış türkiyəni tərk edə bilər.
Hazırda bu Türk lirəsinin bahalaşmasına səbəb olub. Belə ki, səhər saatlarına başlarkən 5,98 olan dollar düşərək 5,87 lirə olub.
Qeyd edək ki, USD/TRY cütlüyünün məzənnəsində böyük tərpəniş məhz bu münasibətlər fonunda baş vermişdi və avqust ayına 4,92 lirə ilə girən dollar 13 gün ərzində 7 lirəyə kimi bahalaşmışdı.
Qeyd: İlk məlumat Azvison saytında çıxıb.