Çinin Geely şirkəti 2028-ci ildən Volvo-nun Avropadakı zavodlarında avtomobil istehsal edəcək

Geely Automobile-ın Direktorlar Şurasının sədri An Tsunxuey bildirib ki, şirkət 2028-ci ildən etibarən Volvo-nun Avropadakı zavodlarında lüks avtomobillər istehsal etməyə başlayacaq. Bu barədə CarNewsChina yazır.

Nəşr ehtimal edir ki, söhbət Geely Automobile-a məxsus Lynk & Co və Zeekr brendlərindən gedir. Xüsusilə Lynk & Co 900, Zeekr 9X və Zeekr 8X krossoverlərinin Avropada lokal istehsalına başlanıla bilər.

Volvo-nun Avropada iki zavodu var — İsveç və Belçikada. Bundan əlavə, Slovakiyada yeni elektromobil zavodu tikilir və onun 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Geely-nin konkret olaraq hansı zavodlardan istifadə edəcəyi açıqlanmayıb.

2026-cı ilin iyulunda Geely Automobile Ford Motor ilə tərəfdaşlıq razılaşması bağlayıb. Şirkətlər Avropa bazarı üçün hər iki brendin minik avtomobillərini istehsal edəcək birgə müəssisə yaradacaqlar. Geely həmçinin Ford-un İspaniyadakı zavodundan iki elektromobil modelinin istehsalı üçün istifadə edə biləcək.

Geely Holding Group 2026-cı ilin ilk yarısında bazar payına görə dünyanın ən böyük avtomobil istehsalçıları reytinqində yeddinci yeri tutub. Şirkətin bazar payı 4,6% təşkil edib.

İlk üçlükdə 11% payla Toyota, 8,1% payla Volkswagen və 7,6% payla Hyundai qərarlaşıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər