2003-cü ildən cari il oktyabrın 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) dövlət büdcəsinə transfertləri 85 milyard 405 milyon manat olub.
Banker.az ARDNF-ə istinadla xəbər verir ki, bu ilin 3 rübündə isə Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası çərçivəsində 7 milyard 788 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.