Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2018-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana dünyanın 193 ölkəsindən 2,21 mln. nəfərə yaxın və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Banker.az bu barədə Dövləs Statistika Komitəsinə istinadən yazır.
2018-ci ilin ilk 9 ayında ölkəyə gələnlər bu ölkədəndir:
- 31,2%-i Rusiya Federasiyası,
- 19,8%-i Gürcüstan,
- 10,0%-i Türkiyə,
- 9,2%-i İran,
- 3,3%-i Birləşmiş Ərəb Əmirlikləri,
- 3,0%-i Səudiyyə Ərəbistanı,
- 2,7%-i İraq, 2,0%-i Ukrayna,
- 1,5%-i İsrail,
- 17,2%-i digər ölkələrin vətəndaşları,
- 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olmuşdur.
Gələnlərin 65,3%-ini kişilər, 34,7%-ini isə qadınlar təşkil etmişdir. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 8,4%-i yanvar, 7,5%-i fevral, 12,5%-i mart, 9,9%-i aprel, 9,4%-i may, 12,2%-i iyun, 15,0%-i iyul, 14,6%-i avqust, 10,5%-i isə sentyabr ayında ölkəyə gəlmişdir.
Cari ilin yanvar-sentyabr aylarında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilmişdir. Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə ölkəmizə gələn Bəhreyn vətəndaşlarının sayı 2,2 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,1 dəfə, Küveyt vətəndaşlarının sayı 2,0 dəfə, Qətər vətəndaşlarının sayı 1,7 dəfə, İraq vətəndaşlarının sayı 14,4%, Oman vətəndaşlarının sayı 7,6% artmışdır. İrandan gələnlərin sayında 32,7%, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 6,7% azalma müşahidə edilmişdir. Ümumilikdə Körfəz ölkələrindən 467,8 min nəfər gəlmiş və ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olmuşdur.
2018-ci ilin yanvar-sentyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 8,9% artaraq 88,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,7% artaraq 813,7 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,1%-i dəmir yolu və avtomobil, 42,9%-i hava, 1,0%-i isə su nəqliyyatından istifadə etmişdir.
2018-ci ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,1% artaraq 3562,9 min nəfər olmuşdur.
Ölkə vətəndaşları bu ölkələrə gedib:
- 30,7%-i İrana,
- 30,3%-i Gürcüstana,
- 19,4%-i Rusiya Federasiyasına,
- 13,2%-i Türkiyəyə,
- 1,6%-i Ukraynaya,
- 1,0%-i Birləşmiş Ərəb Əmirliklərinə,
- 3,8%-i isə digər ölkələrə səfər etmişdir.
Səfər edənlərin 66,4%-i kişilər, 33,6%-i isə qadınlar olmuşdur.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 53,2%, Gürcüstana gedənlərin sayı 2,7% artmış, Rusiya Federasiyasına gedənlərin sayı 1,4%, Türkiyəyə gedənlərin sayı 1,3% azalmışdır.
Cari ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,3%-i dəmir yolu və avtomobil, 18,9%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə etmişdir.