10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın yeni turizm brendi təqdim olunub

Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun (Büro) təşkilatçılığı ilə bu gün Bakıda keçirilən Milli Turizm Sammitində “Take another look” başlıqlı yeni milli turizm brendi təqdim olunub.

Banker.az Reporta istinadla bildirir ki, brendi Büronun brend və marketinq üzrə direktoru Fidan Əliyeva təqdim edib.

O, brendin yaradılması yolundan bəhs edib: “Qarşımıza qoyduğumuz məqsədə nail olmaq üçün güclü brendə malik olmalıyıq. Azərbaycanın bütün gözəlliklərini üzə çıxarmalıyıq. Gözəl mətbəximiz, qonaqpərvər insanlarımız var. Yeni brendi hazırlayarkən bütün bunları nəzərə aldıq. Azərbaycan yeni kəşflər ölkəsidir. Bu loqo Azərbaycanın dünyada tanınmasına kömək edəcək”.

F.Əliyevanın sözlərinə görə, yeni turizm brendinin dünya ictimaiyyətinə təqdimatı isə bu ilin noyabr ayında Londonda (Böyük Britaniya) keçiriləcək “Dünya Səyahət Bazarı” sərgisində (London WTM) baş tutacaq.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, Azərbaycanın turizm potensialının təbliğ edilməsində yeni mərhələ başlayır: “Azərbaycanın yeni turizm brendi ilə bu sahəyə baxışınız da xeyli dəyişəcək. Əlbəttə, biz hazırda mövcud problemlərlə yaxından tanışıq və bu problemlərin həlli istiqamətində hərtərəfli işlər görürük. Yeni infrastrukturun yaradılması, yeni turizm məhsullarının formalaşdırılması bu işlər sırasındadır. Turizm təhsilinin inkişafı, ixtisaslı kadrların hazırlanması da bizim üçün vacib məsələdir. Turizm sahəsində daha dolğun nəticə əldə etmək üçün turizmdə müasir texnologiyaların hərtərəfli tətbiqini planlaşdırırıq. Növbəti hədəflərimiz sırasında yeni brendimizlə xarici bazarlarda çıxış etməyimiz əsas yer tutur. Bir necə ölkədə nümayəndəliklər açmaq planlarımız sırasındadır”.

Son xəbərlər
Digər xəbərlər