9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanlıların Türkiyədə ev alışı kəskin artıb

Azərbaycan vətəndaşları 2018-ci ilin yanvar-sentyabr ayları ərzində Türkiyədə 763 ev alıblar. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 252 ev və ya 49% çoxdur.

Banker.az Reporta istinadla xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi məlumat yayıb.

Hesabata əsasən sentyabrda ev alışında əvvəlki ayla müqayisədə 87,5% çox ev alınıb. Belə ki, Azərbaycan vətəndaşları tərəfindən Türkiyədə ev alışının 65-i yanvar, 63-ü isə fevral,61-i mart, 68-i aprel, 75-i may, 82-si iyun, 73-ü iyul, 96-sı avqust və 180-i sentyabr ayında həyata keçirilib.

Bununla da, bu ilin 9 ayı ərzində vətəndaşları Türkiyədə daha çox ev alan ölkələrin sıralanmasında Azərbaycan X yeri tutub. Hesabata əsasən, I yerdə İraq (4 866 ev), II yerdə İran (2 197 ev), III yerdə Səudiyyə Ərəbistanı (1 885 ev), IV yerdə Rusiya (1 443 ev), V yerdə Küveyt (1 408 ev), VI yerdə Əfqanıstan (1 272 ev), VII yerdə Almaniya (1 127 ev), VIII yerdə İordaniya ( 807 ev), IX yerdə İngiltərə (796 ev) vətəndaşları qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan vətəndaşları tərəfindən Türkiyədə ev alışı illik müqayisədə 332 ev və ya 54,4% artaraq 2017-ci ildə 942-yə çatıb. Bununla da, ötən il vətəndaşları Türkiyədə daha çox ev alan ölkələrin siyahısında Azərbaycan VI yeri tutub.

Xatırladaq ki, Azərbaycan 2016-cı ildə bu siyahıda İraq, Səudiyyə Ərəbistanı, Küveyt, Rusiya, Əfqanıstan, İngiltərə, Almaniya və İrandan sonra IX yerdə olub.

Son xəbərlər
Digər xəbərlər