13 C
Baku
Friday, November 22, 2024

Lombard krediti və onun xüsusiyyətləri

[pullquote]Lombard şirkətlərində faizlər illik 50% yuxarı, banklarda isə 22-34% olur[/pullquote]

İnsanların ani bir anda təcili pula olan tələbatını yerinə yetirmək üçün çıxılmaz vəziyyətdə qalırlar. Bir qədər geniş əhatəsi olan insanlar tanışdan, qohumdan, müəyyən müddətə əl borcu, müəyyən məbləğdə pul vəsaiti alıb, pula olan tələbatlarını ödəyirlər və tez bir zamanda həmin borclarını qaytarırlar. Lakin indiki dövrdə bu ən az rast gəlinən hallardandır.

Bunun üçün də insanlar banklara və bank olmayan kredit təşkilatlarına müraciət edirlər.

Lakin Mərkəzi Bankın yeni qərarını da nəzərə alsaq, kredit əldə etməyin artıq heç də asan olmadığını görə bilərik. Çünki artıq banklarımız kreditləri təqdim edərkən sizdən mütləq arayış tələb edəcəklər. Bu səbəbdən də arayışsız kredit əldə etmək üçün 2 çıxış yolu qalır. Bunlardan biri  depozit əsaslı kreditlər, digəri isə lombard kreditləridir.

Banklar daxili təlimatlara uyğun olaraq, kredit üçün iş yerindən arayış, zəruri olduğu halda isə zamin tələb edirlər. Təkcə müştərinin bankda depoziti olduqda isə depoziti əsasında kredit arayışsız və zaminsiz verilir.

Digər halda isə banklar və bank olmayan kredit təşkilatları qızıl-zinət əşyalarının girovu ilə yəni qızılı girov götürərək, onun əsasında Lombard kreditlərini müştəriyə təklif edir. Bankların və bank olmayan kredit təşkilatların (BOKT) əhaliyə təklif etdiyi Lombard kreditlərinin, fiziki şəxslərin insanlara təklif etdiyi Lombardlardan bir sıra fərqli xüsusiyyətləri və üstünlükləri vardır.

Bəs banka təqdim edəcəyiniz qızıl əsasında nə qədər pul götürə bilərsiniz?

Ümumiyyətlə hər bankın müvafiq qaydaları var və təqdim etdikləri kreditləri də bu şərtlərə əsasən ayırırlar. Yəni siz bir bankdan Lombard kreditini təqdim etdiyiniz  qızılın 50%-də digər bir bankdan isə 110% həcmində kredit əldə etməyiniz mümkündür.  Lakin çox zaman bankdan əgər ilk dəfədir bu krediti götürürsünüzsə bu zaman siz qızılın 80-90%-də əldə edə bilərsiniz. Banklar çox vaxt təkrar müştərilərə qızılın öz qiymətində və yaxud 100-110% həcmində kreditlər ayırırlar.

Bankdan qızıl zinət əşyası ilə pul götürülən zaman aylıq faiz digər kredit məhsulları üzrə təqdim olunan kreditlərin faizlərindən az olur. Misal üçün, əgər siz bankın istehlak krediti üzrə 22%-36% ödəyirdinizsə, bu zaman sizin ödəyəcəyiniz 40% belə ola bilər.

Lakin komissiya haqqlarına nəzər yetirsək, digər kreditlərin komissiya haqqları ilə müqayisədə fərq olduğunu görə bilərik. Belə ki, bankların təqdim etdikləri kredit məhsulları üzrə komissiya haqqları 2-8.6% arasında dəyişə bilər. Lombard kreditlərində isə bu faizlər nisbətən aşağıdır.

Gəlin indi Lombard krediti zamanı hansı xərclərin çıxa biləcəyini araşdıraq.

Misal üçün siz bankdan 1 000 AZN kredit götürmək istəyirsiniz.  Bu zaman siz banka dəyəri 1500-2000 AZN olan qızıl təqdim etməlisiniz. Bank təqdim etdiyiniz qızılı zərgərə verərək onun tam qiymətini öyrənəcək. Daha sonra isə sizə verilən kreditin məbləğini müəyyən edəcək.

Siz əgər bankdan 1 000 AZN Lombard krediti əldə etmək istəsəniz 1 il ərzində sizin bankda aylıq  ödəyəcəyiniz məbləğ 93- 120 AZN civarında olacaq. Əlavə banka ödəyəcəyiniz məbləğ isə bankdan asılı olaraq 120-150 AZN olacaq.

Lakin adi Lombard krediti ilə bankların təqdim etdikləri lombard kreditləri arasındakı fərqə diqqət yetirsək, bankdan qızıl zinət əşyası ilə pul götürərkən daha az  itki olduğunu görə bilərik.

Yəni adi Lombard şirkətlərində aylıq faiz 5-7% (illik 60% yuxarı) olur, lakin banklarda isə illik faiz dərəcəsi 26-34%-dir, bu da aylıq 2.16-2.83% təşkil edir. Lombardlarda işləyən zərgərlərin dediklərinə görə (fiziki şəxslər) faizlər 4-7% arasında dəyişir, amma gerçəkdə heç kim 4%-lə pul vermir, əksəriyyət 5%-dən başlayır. Brilyant qoyanda, lap az məbləğləri və ya uzunmüddətli borcları 3%-lə verirlər, lakin burda əksər Lombard sahiblərinin təklifləri 4%-dən başlayır.

Həmçinin bankların təqdim etdikləri qızılın bir çox üstün cəhətləri vardır:

  • Müştərinin qızıl-zinət əşyasını bankda girov saxlaması daha təhlükəsizdir;
  • Ödənişlərdə istənilən filialda ödəyə bilməsi, lakin Lombard-da isə yalnız götürdüyü ofisdə ödənişləri edə bilərsən;
  • Banklarda qızılın daha yüksək qiymətləndirilməsi;
  • Banklarda istənilən vaxt rahat tam ödənişi etməsi və tez girovun qaytarılması;
  • Fiziki şəxslərdən Lombard köşklərinin istənilən vaxt bağlanması və həmin şəxsin gizlənməsi, lakin banklarda isə tam şəffaflıq hökm sürür;
  • Banklarda əmanətə toxunulmur, lakin Lombardlarda isə bu mümkün olur;
  • Banklarda girovun yalnız müştərinin razılığı ilə və ya məhkəmənin qərarı ilə açılması, lakin Lombardlarda isə ödəniş gecikdiyi halda girov açıla bilər.
  • Sonda yenə sizə kreditdən uzaq durmağı arzulayırıq və əgər Lombard krediti üçün banka müraciət etmək istəsəniz qızıllarınızı daha etibar edəcəyiniz həmçinin daha az ziyan ilə kredit əldə edə biləcəyiniz bankı seçməyi məsləhət görürük.

Sonda yenə sizə kreditdən uzaq durmağı arzulayırıq və əgər Lombard krediti üçün banka müraciət etmək istəsəniz qızıllarınızı daha etibar edəcəyiniz həmçinin daha az ziyan ilə kredit əldə edə biləcəyiniz bankı seçməyi məsləhət görürük.

Son xəbərlər
Digər xəbərlər