Asiya İnkişaf Bankı 2019-2021-ci illərdə regional əhəmiyyətli böyük infrastruktur layihələrinin həyata keçirilməsi üçün Türkmənistan iqtisadiyyatına təxminən 1 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Bankın məqsədi Türkmənistan iqtisadiyyatının nəqliyyat və tranzit seqmentinin inkişafını maliyyələşdirmək, ölkədə kiçik və orta sahibkarlığın inkişafına, enerji və neft-qaz sektorlarına sərmayə qoymaqdır.
AİB Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz boru kəmərinə də maliyyə vəsaiti ayıracaq.
Azərtac







