“Bank Silk Way” ASC-nin cəmi aktivləri artaraq 614,15 mln. manat olub, bu ilin əvvəli ilə müqayisədə 33%, illik isə 51%-dən çox artımın olması deməkdir. Əsas artım səbəbi kredit portfelinin il ərzində böyük həcimdə artaraq 554,67 mln. manata çatması deməkdir. Lakin, bankın kredit portfelinin aktivlərdəki nisbəti 90,3% olub ki, bu da ötən ilin müvafiq dövründəki 91,11% göstəricisindən az olması deməkdir.
Banker.az xəbər verir ki, bu barədə Bankın cari ilin ilk 9 ayına olan maliyyə hesabatında deyilir.
“Bank Silk Way” ASC-nin cəmi öhdəlikləri azalaraq 466,25 mln. manata düşüb. Bunun da 442,62 mln manatı müştərilər tərəfindən cəlb olunmuş əmanətlərdir. İlin 2-ci rübündə əmanətlərin həcmi 447,58 mln. manat idi.
Xatırladaq ki, “Bank Silk Way” ASC-nin səhmlərinin ümumi dəyəri 104,1 mln. manatdır. Səhmlərinin böyük əksəriyyətinə fiziki şəxs olan Zərifə Həmzəyeva 84,5% ilə sahiblik edir. Digəri paylar isə VİP Aviation şirkəti və Bankın İdarə Heyəti sədri Elçin Əhmədova aiddir.







