Azərbaycanda bank işçilərinin sayı bu il oktyabrın 1-nə 17 066 nəfər təşkil edib.
Banker.az saytı Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 138 nəfər, yaxud 0,8% çoxdur.
İllik müqayisədə isə bank işçilərinin sayı 726 nəfər, yaxud 4,47% artıb.