10 C
Baku
Wednesday, December 11, 2024

Üç rübə Bakının metallurgiya sənayesində 336,2 milyon manatlıq məhsul istehsal olunub

Cari ilin yanvar-sentyabr aylarında Bakı şəhərində metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 336,2 milyon manatlıq məhsul istehsal olunub.

Bakı Şəhəri Statistika İdarəsindən Banker.az-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə metallurgiya sənayesində 34,9 faiz artım, hazır metal məmulatlarının istehsalı sahəsində isə 2,5 faiz azalma müşahidə edilib.

Əvvəlki ilin müvafiq dövrünə nisbətən sahə üzrə alüminium çubuqlar, millər və profillər 16,3 faiz, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı 12,8 faiz, armaturun istehsalı 30,3 faiz artıb, qara metallardan digər konstruksiyaların istehsalı isə 77,5 faiz azalıb.

Son xəbərlər
Digər xəbərlər