2019-cu ildə Azərbaycanın ümumi büdcəsi kəsirsiz olacaq və gəlirləri 30 mlrd. manata yaxın təşkil edəcək. Banker.az İntefax-a istinadla xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.
«Bu o deməkdir ki, neftin proqnoz qiyməti (bir barel $60 – İF) nəzərə alınmaqla, 2019-cu ilin sonuna Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) $1-2 mlrd. məbləğində əlavə vəsait yığılacaq», – deyə o, bu gün parlament komitələri tərəfindən gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
“Bütün bunlar kifayət qədər mürəkkəb xarici mühitdə, ətrafımızdakı mürəkkəb iqtisadi vəziyyətdə baş verir. Şübhəsiz ki, bu da bizə müəyyən təsir göstərə bilər. Lakin biz həmin mənfi məqamların qarşısını almalıyıq. Çünki dövlət büdcəsi elə hazırlanıb ki, bu mənfi məqamların qarşısını almaq mümkün olsun”, – deyə nazir vurğulayıb