8 C
Baku
Friday, December 13, 2024

Müxbir əlaqələr şöbəsinin müdiri (Xəzinədarlıq departamenti) – Bank of Baku

Əsas vəzifə və öhdəliklər

  • Müxbir hesabların, eləcə də maliyyə qurumlarının ssuda və depozit hesablarının açılması, aparılması və bağlanması ilə əlaqədar Bankın adından çıxış edərək Banka aid məlumatların və ya sənədlərin müxbir banklara təqdim edilməsi, danışıqların aparılması, sənəd və məlumat toplusunun tələb edilməsi
  • Müxbir hesablar üzrə müvafiq gəlir və xərclərin ödənilməsi (və yaxud tutulması)
  • Nostro hesablar üzrə qalıqların təsdiqi üçün müvafiq banklarla yazışmaların aparılması
  • Loro hesablar üzrə daxil olmuş sorğuya əsasən qalıqların təsdiqi və tələb olunan yerə göndərilməsi
  • Müxbir hesabların xidmət tariflərinin və şərtlərinin təhlili əsasında müxbir hesabların açılması və istifadə edilməsi haqqında təkliflərin hazırlanması

Vakansiyaya kimlər müraciət edə bilər:

  • İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi olan şəxslər
  • Azərbaycan, Rus və İngilis dilləri üzrə əla şifahi və yazılı ünsiyyət bacarığı olanlar
  • MS Office proqramları (Word, Excel) ilə işləmək bacarığı olanlar
  • Sahə üzrə 1-3 il iş təcrübəsinə malik olanlar
  • Danışıqlar apara bilən, analitik düşüncə tərzinə, məsuliyyətli, dəqiq və intizamlı iş yanaşmasına malik olan şəxslər

İş şərtləri

  • İş yeri: Baş İdarə
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər