Debet kartlar ən çox tələbat olan Bank məhsullarından biri hesab edilir. Təsadüfi deyil ki, 2001-ci ildən etibarən dünya üzərində debet kart dövriyyələri kredit kart dövriyyələrini üstələyir. Bütün dünyada olduğu kimi, ölkəmizdə də dövriyyədə nağd ödənişlərin nağdsız ödənişlərlə əvəzlənməsi prosesi gedir. Lakin ölkəmiz müvafiq prosesin keçid mərhələsində olduğumuz üçün hələ də nağd ödənişlərə tələb qalmaqdadır. Səbəb isə hələ də bəzi ticarət obyektlərində və xidmət sahələrində nağdsız ödəniş alışqanlığının olmamasıdır. Hər iki ödəniş növündən istifadə edən şəxslərin sayı olduqca çoxdur. Bu səbəbdən də bəzi banklarımız debet kart məhsullarına “komissiyasız nağdlaşma” funksiyası əlavə etməklə müştərilərinin maraqlarını təmin edir. Bu funksiya banka məxsus ATM-lərdə (bəzi hallarda hətta POS-larda) müştərinin şəxsi vəsaitini nağdlaşdıran zaman əlavə xərclərin yaranmamasından ibarətdir. Müştərilər bu funksiyaya olduqca önəm verirlər, çünki heç kim şəxsi vəsaitindən istifadəyə görə əlavə komissiya ödəmək istəmir. Banker.az monitorinq qrupu olaraq daima oxucuların bank məhsulları ilə bağlı maraqlarını təmin etməkdən ötrü bu mövzuda araşdırma apardıq. Aşağıdakı cədvəldə “komissiyasız nağdlaşma” funksiyası olan Bank kartları göstərilmişdir. Qeyd etmək istərdik ki, müvafiq üstünlük yalnız Bankın özünə məxsus olan ATM şəbəkəsində keçərlidir. Ölkədaxili digər banklara məxsus ATM-lərdə və ölkəxaricində isə nağdlaşmaya görə komissiya tətbiq edilir.
Bank | Kart | Nağdlaşma komissiyası (AZN valyutalı kartlar üzrə) | ||
Banka məxsus ATM | Ölkədaxili digər banka məxsus ATM | Ölkəxarici ATM | ||
Access Bank | myCard Classic
myCard Gold myCard Platinum |
0% | 1.5%
(minimum 2 AZN) |
1.5%
(minimum 3.5 AZN) |
Bank of Baku | Bolkart Debet Gənc
Bolkart Debet Ailə Bolkart Debet Gold Bolkart Debet Diamond |
0% | 1.5%
(minimum 1.5 AZN) |
1.5%
(minimum 3.5 AZN) |
Unibank | Albalı Plus Debet
UniMiles |
0% | Millikart
1% (min. 2 AZN) Digər 1.5% (min.3.5 AZN) |
1.5%
(minimum 3.5 AZN) |
Express Bank | Bütün debet kartlar | 0% | Millikart
1% (min. 1 AZN) Digər 3% (min.3 AZN) |
3%
(minimum 3 AZN) |
Nikoil Bank | Bütün Debet Kartlar | 0% | Azericard
1,5% (min. 2 AZN) Digər 1.5% (min.3 AZN) |
1.5%
(minimum 3 AZN) |