6 C
Baku
Sunday, December 15, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Hansı bankın debet kartlarından vəsaiti komissiyasız nağdlaşdırmaq mümkündür?

Hansı bankın debet kartlarından vəsaiti komissiyasız nağdlaşdırmaq mümkündür?

0
Hansı bankın debet kartlarından vəsaiti komissiyasız nağdlaşdırmaq mümkündür?

Debet kartlar ən çox tələbat olan Bank məhsullarından biri hesab edilir. Təsadüfi deyil ki, 2001-ci ildən etibarən dünya üzərində debet kart dövriyyələri kredit kart dövriyyələrini üstələyir. Bütün dünyada olduğu kimi, ölkəmizdə də dövriyyədə nağd ödənişlərin nağdsız ödənişlərlə əvəzlənməsi prosesi gedir. Lakin ölkəmiz müvafiq prosesin keçid mərhələsində olduğumuz üçün hələ də nağd ödənişlərə tələb qalmaqdadır. Səbəb isə hələ də bəzi ticarət obyektlərində və xidmət sahələrində nağdsız ödəniş alışqanlığının olmamasıdır. Hər iki ödəniş növündən istifadə edən şəxslərin sayı olduqca çoxdur. Bu səbəbdən də bəzi banklarımız debet kart məhsullarına “komissiyasız nağdlaşma” funksiyası əlavə etməklə müştərilərinin maraqlarını təmin edir. Bu funksiya banka məxsus ATM-lərdə (bəzi hallarda hətta POS-larda) müştərinin şəxsi vəsaitini nağdlaşdıran zaman əlavə xərclərin yaranmamasından ibarətdir. Müştərilər bu funksiyaya olduqca önəm verirlər, çünki heç kim şəxsi vəsaitindən istifadəyə görə əlavə komissiya ödəmək istəmir. Banker.az monitorinq qrupu olaraq daima oxucuların bank məhsulları ilə bağlı maraqlarını təmin etməkdən ötrü bu mövzuda araşdırma apardıq. Aşağıdakı cədvəldə “komissiyasız nağdlaşma” funksiyası olan Bank kartları göstərilmişdir. Qeyd etmək istərdik ki, müvafiq üstünlük yalnız Bankın özünə məxsus olan ATM şəbəkəsində keçərlidir. Ölkədaxili digər banklara məxsus ATM-lərdə və ölkəxaricində isə nağdlaşmaya görə komissiya tətbiq edilir.

Bank Kart Nağdlaşma komissiyası (AZN valyutalı kartlar üzrə)
Banka məxsus ATM Ölkədaxili digər banka məxsus ATM Ölkəxarici ATM
Access Bank myCard Classic

myCard Gold

myCard Platinum

0% 1.5%

(minimum 2 AZN)

1.5%

(minimum 3.5 AZN)

Bank of Baku Bolkart Debet Gənc

Bolkart Debet Ailə

Bolkart Debet Gold

Bolkart Debet Diamond

0% 1.5%

(minimum 1.5 AZN)

1.5%

(minimum 3.5 AZN)

Unibank Albalı Plus Debet

UniMiles

0% Millikart

1% (min. 2 AZN)

Digər

1.5% (min.3.5 AZN)

1.5%

(minimum 3.5 AZN)

Express Bank Bütün debet kartlar 0% Millikart

1% (min. 1 AZN)

Digər

3% (min.3  AZN)

3%

(minimum 3 AZN)

Nikoil Bank Bütün Debet Kartlar 0% Azericard

1,5% (min. 2 AZN)

Digər

1.5% (min.3  AZN)

1.5%

(minimum 3  AZN)