Forbes nəşri 2018-ci ildə dünyada ən yüksək gəlirləri olan müğənnilərin illik reytinqini açıqlayıb
2015-ci ildən bu siyahıya başçılıq edən amerikalı müğənni Keti Perri növbəti dəfə də ilin ən uğurlu müğənnisi olub. Onun gəlirləri 83 milyon ABŞ dolları təşkil edib. O, American Idol populyar şousunda iştiraka görə 20 milyon dollar qazanıb. İkinci yerdə Teylor Svift qərarlaşıb. Müğənni Reputation albomu ilə böyük uğur qazanıb və albomun çıxdığı ilk 1 həftədə iki milyon nüsxə satıb.
1-ci yer: Keti Perri. 2018-ci ildə Witness turu çərçivəsində o, 83 milyon dollar qazanıb.

4-cü yer: Pink. 52 milyon dollar qazancla dördüncü yerdə qərar tutub.

7-ci yer: Rihanna. Onun builki gəlirləri 37,5 mln. dollar təşkil edir.
8-ci yeri: Rusiya əsilli müğənni Helena Fişer tutub. Onun illik gəliri 32 mln. dollar olub.

10-cu yer: Britni Spirs. O, bu il 30 mln. dollar əldə edib.











