3 C
Baku
Saturday, December 14, 2024

Gömrükdən ödənişsiz buraxılan siqaret və alkaqollu içkinin say və həcmi limiti kəskin azaldıldı

Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nda dəyişikliklər edib.

Banker.az bunu Baş naziri Novruz Məmmədovun imzaladığı sənədə istinadən bildirir.

İmzalanan sənədə əsasən, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan və rüsum ödəmədən gömrük sərhədindən keçirilə bilən 3 litr alkoqollu içkinin həcmi 1,5 litrə, 600 ədəd siqaretin sayı isə 200 ədədə endirilib.

Son xəbərlər
Digər xəbərlər