Bu ilin oktyabr ayında Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) ölkə iqtisadiyyatına kredit qoyuluşu 9,1 mln. manat və yaxud 2,3% azalaraq noyabrın 1-nə 392 mln. manat təşkil edib.
Banker.az-ın məlumatına görə, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatında əksini tapıb.
İlin əvvəli ilə müqayisədə azalma isə 28,2 mln. manat və yaxud 6,7%-dir.
Hesabat ayında BOKT-ların cəmi kreditlərdə xüsusi çəkisi 3,3%-dən 3,2%-ə enib.
report.az