Türkiyə və Avropa mərkəzi bankları uçot dərəcəsinə dair qərarını açıqladı

Bu gün Türkiyə Mərkəzi Bankının Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

Banker.az xəbər verir ki, iclasda uçot dərəcəsinin indiki – 24% səviyyəsində saxlanılmasına qərar verilib.

Bununla da, iqtisadçıların gözləntiləri özünü doğruldur.

Xatırladaq ki, TMB-nin bu il sentyabrın 13-də keçirilmiş iclasında 6,25 faiz bəndi artırılaraq 17,75%-dən 24%-ə çatdırılıb.

Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin hazırkı 0% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub.

ECB həmçinin depozit faizlərini – 0,4% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqləyib.

Son xəbərlər
Digər xəbərlər