Bu il noyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda bank filiallarının sayı 508 olub.
Bu, aylıq müqayisədə 3 vahid azdır. Ötən ilin eyni dövrü ilə müqayisədə isə bank filiallarının sayı 48 vahid azalıb.
Oktyabrda bank şöbələrinin sayı da 3 vahid azalaraq 140 olub. Bununla belə, illik müqayisədə bu rəqəm 2 vahid azdır.
Qeyd edək ki, bu ilin əvvəlindən etibarən bank filiallarının sayında ilk dəfə olaraq dəyişiklik oktyabrda müşahidə olunub. Şöbələrin sayı isə fevraldan sonra ikinci dəfədir ki, dəyişir.
fins.az