10 C
Baku
Wednesday, November 27, 2024

İT layihələrinin idarəedilməsi üzrə menecer – Goldenpay

Vəzifə: İT layihələrinin idarəedilməsi üzrə menecer

Departament: İnformasiya Texnologiyaları

İşin təsviri:

– Şirkətin İT layihələrinin və texniki məhsullarının idarə edilməsi
– Proqramçılar ilə birlikdə layihələrin gedişatının izlənilməsi, müddətlərə riayət edilməsinin təmin edilməsi
– Dövri hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi
– İdarə etməkdə olduğu texniki məhsulların vaxtında və keyfiyyətli şəkildə icra edilməsi üçün hədəflərin müəyyən edilməsi, iş bölgüsünün təmin edilməsi, fəaliyyətlərə nəzarət edilməsi, müxtəlif təkliflərin hazırlanaraq təqdim edilməsi
– Dəstəklənən layihələr üzrə inkişaf və dəyişiklik tələblərinin layihə idarəetmə prinsipləri əsasında idarə edilməsi
– Layihə komandasının performansının ölçülməsi və dəyərləndirilməsi üçün hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi

Tələblər:

– İT sahəsində ali təhsil
– İT layihələrininin və komandasının idarəedilməsi sahəsində ən az 3 il təcrübə olmaqla, İT sahəsində ümumi 7 il iş təcrübəsi
– Azərbaycan, rus və ingilis dillərində sərbəst yazışma
– Layihə və komanda idarəetmə ilə bağlı müasir alətlərin tətbiqi sahəsində təcrübə
– Agile Project Management üzrə təcrübə
– Proqram təminatı yaratma metodologiyaları haqqında məlumatlı olma
– Yüksək səviyyədə kommunikasiya bacarıqlarının olması
– Təhlil etmə və hesabatların hazırlanması bacarıqları
– Təqdimat bacarığı
– Məhsulların yaradılması, məhsul çeşidlərinin hazırlanması və sınaqların təşkili ilə bağlı biliklər;
– Analitik düşünmə qabiliyyəti;
– Hədəfə yönələn olma, təşəbbüskar olma, komanda ilə işləmə bacarığının olması

– Əmək haqqı: 2000-3000 ( iş təcrübəsindən asılı olaraq )
– İş vaxtı: Həftədə 5 gün, saat 10:00-18:00
– İşçi tibbi sığorta ilə təmin edilir

Uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə CV formasını [email protected] email adresinə göndərə bilərlər.

Son xəbərlər
Digər xəbərlər