11 C
Baku
Tuesday, November 26, 2024

Bank Təhlükəsizliyi Departamentinə Mütəxəssis – Bank Respublika ASC

Bank Respublika ASC Bank Təhlükəsizliyi Departamentinə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

• İşlərin bankın təhlükəsizlik strategiyasına uyğun olaraq qurulması;
• İnformasiya təhlükəsizliyinin yayılmaması ilə əlaqədar işin təşkili;
• Bankın ərazisində olan  əməkdaşların və müştərilərin təhlükəsizliyinin təmin olunması;
• Mühafizə və buraxılış rejiminin təşkili haqqında qaydalara nəzarət;
• Mühafizə və video müşahidə  kameraları vasitəsi ilə nazərət;
• Xüsusi təyinatlı avtomobillərdə quraşdırılmış kameraların mütamadi yoxlanılması;
• Növbədə olarkən nəzarət kamerası vasitəsi ilə Baş Ofis, filial və şöbələrdə mühafizə xidmətinin gedişinə nəzarət  etməklə yanaşı həyacan çağırışlarına və digər hallara qarşı təxirəsalınmaz tədbirlərin görülməsi.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Təcrübə: təhlükəsizlik xidməti və ya  mühafizə orqanlarında təcrübə;
• Əməyin mühafizəsi qayda və normalarını, təhlükəsizlik və yanğından mühafizə texnikası ilə bağlı bilgilər;
• Dil bilikləri: Azərbaycan dili (əla);
• MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 yanvar 2019-cu il tarixinədək, email-in mövzu hissəsində Bank Təhlükəsizliyi Departamentinə Mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

• Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək tələblərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;
• Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər