Dolların rubla olan məzənnəsi ötən iki il üzrə rekord qıraraq ən yüksək həddə çatıb.
Banker.az RBK-ya istinadən xəbər verir ki, Moskva fond birjasında ABŞ valyutasının kursu 71,45 rubla qədər yüksəlib. ABŞ valyutası ötən bir gündə 2,35% bahalaşıb avro isə rubla nisbətdə 1,33% ucuzlaşıb və 78,96 rubl təşkil edib.