10 C
Baku
Friday, December 13, 2024

Dövlət Neft Fondunun xərclərinə rəsmi rəy: “Yol xəritəsi” ilə uyğunluq təşkil etmir

Hesablama Palatası 2019-cu il üzrə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə layihəsinə rəy verib.

Banker.az xəbər verir ki, rəydə Hesablama Palatası tövsiyə edib ki, fondun xərclərinin növbəti illə yanaşı, sonrakı iki il üçün də proqnozlaşdırılması istiqamətində təkliflər verilməsi vacibdir.

Qeyd edilib ki, 2003-cü ildən hazırkı dövrədək transfertin həcminin ən yüksək olduğu dövrün 2019-cu il üzrə 11 364,3 mln manat nəzərdə tutulması Milli İqtisadiyyatın Strateji Yol Xəritəsində təsbit edilən dövlət büdcəsinin ARDNF-in transfertlərindən asılılığının azaldılması məqsədləri ilə uyğunluq təşkil etmir.

Palata rəyində son illərdə yığıma yönələn məbləğin artımla müşahidə olunmasına və gözlənilən nominal gəlirlilik göstəricilərinin proqnozlaşdırılmasına əsasən, növbəti il üçün nəzərdə tutulmuş investisiya portfelində yüksək risk-gəlir profilli səhmlər və alternativ maliyyə alətlərinə potensial olaraq əlavə sərmayələr edilməsi fonunda müvafiq risklərə və gəlirliliyə yenidən baxılmasını tövsiyə edib.

Palata öz rəyində ölkənin neft yataqlarının xarici şirkətlər ilə birgə işlənilməsindən əldə ediləcək neft gəlirlərinin proqnozlaşdırılması zamanı (neftin büdcədə nəzərdə tutulmuş orta illik ixrac qiymətinə uyğun hasilat üzrə) cari ilin müvafiq dövrünün icrası nəzərə alınmaqla təqdim olunmuş layihələrin ətraflı təhlil edilməsinin və nəzarət mexanizmi sisteminin təkmilləşdirilməsinin vacib olduğunu vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər