11 C
Baku
Tuesday, November 26, 2024

İstehlak kreditləri üzrə kiçik ekspert – Bank of Baku

İŞ ELANI

İstehlak kreditləri üzrə kiçik ekspert

Vəzifənin təsviri

İstehlak kreditləri üzrə kiçik ekspert bankın əsas funksiyalarından biri olan kreditvermə fəaliyyətinin həyata keçirilməsində birbaşa iştirak edir və müştərilərlə sıx işləyir. Bu vəzifə ali təhsili tamamlamış və iş təcrübəsi olmayan və ya az olan şəxslər üçün unikal inkişaf imkanıdır.

Əsas vəzifə və öhdəliklər

o Müştərilərin qəbulu və onlara kredit məhsulları haqqında məlumatların verilməsi
o Müştərilər tərəfindən verilmiş kredit ərizələrin təhlilinin aparılmasında iştirak edilməsi
o Müsbət qərar verilmiş kredit ərizələrin rəsmiləşdirilməsinin təmin edilməsi
o Götürülmüş kreditin ödənişi üçün müraciət etmiş müştərilərin ödənişinin qəbulu
o Tələb olunan əmlakların girov qeydiyyatına götürülməsi və çıxarılması barədə sənədlərin hazırlanması

Seçim meyarları

o İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
o Əla Azərbaycan dili bilikləri (Rus dili və İngilis dili arzuolunandır)
o MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
o Bank sektorunda karyera qurmağa böyük həvəs və iddialılıq
o Yaradıcı və analitik düşüncə tərzi
o Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması

İş şərtləri

o İş yeri: Bakı filialları
o İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn:
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform 

CV formamızı doldura və ya CV-ləri  subject bölməsində İstehlak kreditləri üzrə kiçik ekspert qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər