9 C
Baku
Friday, December 13, 2024

Noyabrda yenidən maliyyələşdirmə kreditlərinin həcmi artıb

Mərkəzi Bank 2018-ci ilin dekabr ayının 1-nə likvidliyin idarə edilməsi üzrə əməliyyatlarının həcmini və faiz dərəcələrini açıqlayıb.

Hesabat dövründə yenidən maliyyələşdirmənin həcmi 739,5 mln. manat təşkil edib.

Yenidən maliyyələşdirmə üzrə faiz dərəcələri 9,75%-lə verilib. Oktyabrla müqayisədə noyabrda yenidən maliyyələşdirmənin həcmi 7,9 mln. manat və ya 1,08% artıb.

Qeyd edək ki, oktyabrda yenidən maliyyələşdirmənin həcmi 731,6 mln. manat təşkil edib. Yenidən maliyyələşdirmə üzrə faiz dərəcələri isə 9,75% təşkil edib.

Xatırladaq ki, Mərkəzi Bank pul siyasətinin həyata keçirilməsi məqsədilə kredit təşkilatlarına yenidən maliyyələşdirmə kreditləri verir.

Report

Son xəbərlər
Digər xəbərlər