Dünya Bankı (DB) 2019-2020-ci illərdə neftin bir barelinin orta qiyməti ilə bağlı proqnozunu 2 dollar aşağı salaraq 67 dollar səviyyəsində müəyyən edib.
Bu barədə bankın yanvar ayı ərzində dünya iqtisadiyyatının perspektivlərinə dair müvafiq hesabatında deyilir.
“2019-2020-ci illərdə neftin bir barelinin qiyməti 67 dollar səviyyəsində gözlənilir ki, bu da iyun ayında proqnozlaşdırılandan 2 dollar aşağıdır”, – deyə hesabatda qeyd olunub.
Eyni zamanda bildirilir ki, proqnozun qeyri-müəyyənliyi “çox yüksəkdir”.
© Report