26 C
Baku
Tuesday, April 30, 2024

Ceff Bezosun xanımı boşanmadan sonra dünyanın ən varlı qadını ola bilər

“Amazon” şirkətinin rəhbəri Ceff Bezosun həyat yoldaşı Makkenzi boşanma prosesindən sonra planetin ən varlı qadını ola bilər.

Banker.az bildirir ki, bu barədə “Bloomberg” bildirib.

Qeyd edilir ki, biznesmen 137 milyard dollara sahibdir. Eyni zamanda “Forbes” də onun 150 milyard dollarının olduğunu açıqlayıb. Cütlük hələlik maliyyə aktivləri ilə bağlı plan düşünməyiblər.

Ekspertlər isə güman edirlər ki, tərəflər arasında bölgü bərabər aparılacaq. Beləcə Makkenzi 69 milyard dollar alacaq. Bu, ona planetin ən varlı qadını olmağa imkan verəcək.

©Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər