20 dekabr 2018-ci il tarixində ölkə başçısının fərmanına əsasən Azərbaycan Respublikası Vergi məcəlləsinə edilmiş dəyişikliklərlə islahatların növbəti mərhələsinə start verilmişdir. Bu səbəbdən də, Milli Mühasiblər Forumu qeyd olunan dəyişikliklərlə bağlı mühasiblərin, maliyyə mütəxəssislərinin maarifləndirilməsi üzrə silsilə tədbirlər həyata keçirir.
Sözügedən tədbirlərdən növbətisi 27 yanvar 2019-cu il tarixində Xəzər Universitetinin beşmərtəbə yaxınlığında yerləşən Fikrət Əmirov adına konfrans-konsert zalında keçiriləcəkdir. Budəfəki seminarda mühasiblərin, baş mühasiblərin, maliyyə direktorlarının və sahənin digər mütəxəssislərinin daha dərindən maariflənməsi üçün peşəkar audit və mühasibat uçotu sahəsinin mütəxəssisləri dəvət olunmuşdur. Seminarda “Mühasibat Uçotu” jurnalının baş redaktoru, vergi üzrə ekspert Əflatun Babayev, Bakı Hesabat Mərkəzinin direktoru, audit üzrə mütəxəssis Mehdi Babayev, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse-prezidenti Radil Fətullayev ekspert qismində çıxış edəcək və iştirakçıların suallarını cavablandıracaqdır.
Tədbir barədə maraqlı olan mühasibat uçotu sahəsində çalışan mütəxəssisləri, gəncləri və dəyişikliklərlə əlaqədar olan hərkəsi seminarda iştirak etməyə dəvət edirik.
Əlaqə: 055 286 52 81
070 932 42 62
Qeyd edək ki, Milli Mühasiblər Forumu 2017-ci ildən başlayaraq hər il olmaqla ildə 1 dəfə keçirilən və bütün mühasibləri ərtafında birləşdirən bir platformadır. Forumun fəaliyyət istiqamətlərindən biri də sahənin mütəxəssislərini yeniliklərlə bağlı maarifləndirməkdir. Bu istiqamətdə Milli Mühasiblər Forumu hər ay silsiləvi seminarlar keçirir.







