9 C
Baku
Thursday, December 12, 2024

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsi qərarını açıqladı

Bu gün Türkiyə Respublikası Mərkəzi Bankının Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

Banker.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, iclasda uçot dərəcəsinin indiki 24% səviyyəsində saxlanılmasına qərar verilib.

Bununla da, iqtisadçıların gözləntiləri özünü doğruldub.

Türkiyədə dolların məzənnəsi bu qərara ilk reaksiya olaraq 5,41 lirədən 5,38 lirəyə düşüb.

Xatırladaq ki, TMB-nin ötən il sentyabrın 13-də keçirilmiş iclasında uçot dərəcəsi 6,25 faiz bəndi artırılaraq 17,75%-dən 24%-ə çatdırılıb.

Son xəbərlər
Digər xəbərlər