Jurnalist Gia Miller effektiv məsləhətlərinin bir neçəsi ilə bizimlə bölüşür.
“Çox xahiş edirəm, paltarlarınızı geyinin – biz beş dəqiqədən sonra artıq evdən çıxmalıyıq, – iyirminci dəfədir ki yalvarırdım və səbrim artıq bitmək üzrə idi. –Dişlərinizi də fırçalamalısınız. Siz isə hələ də məktəb çantalarını yığmamısınız! Biz yenə məktəbə gecikəcəyik!”
Ötən il həftənin hər gününə bu kimi dialoqlarla başlayırdıq. Təəssüflər olsun ki, mənim 3-cü və 1-ci sinif uşaqlarım, heç cürə səhər qrafikinə uyğunlaşa bilmirdilər. Bizim üçümüzdə də diqqət və hiperaktivlik sindromu var və bizə zamanı idarə etmək çox çətin gəlir. Nəticədə, mənim uşaqlarım tez-tez məktəbə gecikmiş olurdular.
Tədris ilin son ayında, məni məktəb direktoru öz qəbuluna çağırdı. Mən başa düşdüm ki, bu, uşaqlarımın mütəmadi olaraq gecikmələri ilə bağlıdır və mən qərar verdim ki, hansısa tədbir görməliyəm. Mən həyatımızı dəyişdirməkdə müvəffəq ola bildim.
Bu niyə işləyir?
Uşaqlarımı və özümü dəyişdirməkdə mən, psixologiyada müsbət möhkəmlətmə kimi adlanan metoddan istifadə edirdim. Belə ki, mən, övladlarıma hər bir vacib vəzifənin yerinə yetirilməsi müqabilində pul verirdim.
“Müsbət möhkəmlətmə, müsbət davranışı və reaksiyanı gücləndirir. Yəni, böyük ehtimal ki, insan gələcəkdə də bu cür davranacaq, – davranış mütəxəssisi olan Lauren Bacall qeyd edir, – Bu, istənilən bir şey ola bilər, sözlə tərifdən tutmuş əhəmiyyətli mükafata qədər”.
Mən bunların hər iksini edirəm. Uşaqlarımı ən sadə bir şeyə görə belə tez-tez tərifləyirəm, ciddi uğurların müqabilində isə onlara pul mükafatı verirəm. Məsələn, uşaqlarım mənim sözümə qulaq asdıqda və ya nəyisə yaxşı yerinə yetirdikdə, onları tərifləyirəm.
“Lakin, valideynlərin bir çoxu bu metodu tətbiq etməkdə tərəddüd edirlər. Onlardan tez-tez bu kimi ifadəni eşidirəm: “Bu, uşaqlara rüşvət vermək deməkdir!”, – psixoloq Cindy Graham deyir, – Demək olar ki, hə. Sonra isə mən onlardan böyük insanların neçəsinin hər gün pulsuz işləməyə razı olacağını soruşuram. Təşviq – bizim əsas xüsusiyyətlərdən biridir. Biz işə getdiyimiz üçün əmək haqqı alırıq. Biz bunu təmənnasız etmirik. Uşaqlar da bizdən heç nə ilə fərqlənmirlər”.
Müsbət möhkəmlətmə, uşaqlarla böyüklər arasında meydana gələn bir sıra problemlərin həllinə kömək edə bilər. Bunlardan tələbetmə davranışı (telefonla danışdığınız zaman, uşaq sizin sözünüzü kəsir), qaçınma reaksiyası (dərsləri hazırlanması ilə məşğul olmaq əvəzində, uşaq digər məşğuliyyətlərə üstünlük verir), aqressiv və ya qəddar davranış və s. misal göstərmək olar.
“Bəzən biz özümüz də bu kimi neqativ halların güclənməsinə səbəb oluruq – uşaqların səhv etdikləri bir şeylərin üzərində çox dayanırıq, – psixoloq Nicole Berken’s deyir. – Biz bu problemə çox önəm vermək əvəzində, fikrimizi uşaqdan nə almaq istədiyimiz üzərində cəmləşdirməliyik”.
Mosbek-in sözlərinə görə, uşaqlara “yox” və ya “bəsdir” kimi ifadələri nə qədər desək də, xeyrini görə bilmiyəcəyik. Bunun əsas səbəbi ondan ibarətdir ki, azyaşlı uşaqlar necə davranmalı olduqlarını bilmirlər. Onları öyrətməliyik. Müsbət möhkəmlətmə metodu bu işdə bizə kömək edə bilər. Bu metoddan istifadə variantlarının bir neçəsinə nəzər yetirək.
Variant №1. Mükafatlar cədvəlini yaradın. Bu cədvəl, gözlənilən davranışların dəqiq izahını da əks etdirməlidir. Berken’s qeyd edir ki, uşağın hər hansısa pis davranışını düzəltmək üçün, mükafatlandırma sistemindən istifadə edə bilərik. O, uşaqları hər 15 dəqiqəlik intervala görə qiymətləndirilməsini tövsiyə edir. Qiymətləndirmə uşağın 15 dəqiqə ərzindəki davranışı əsasında aparılır.
Variant №2. “Pozitivlik dili” ni öyrənin.
Elliot Jaffe psixoloqunun fikirlərinə görə, müsbət möhkəmlətmə metodunda istifadə edərkən, siz, “yox”, “bacarmıram” və s. kimi sözlərdən istifadə etməməlisiniz.
Jaffe-dan müsabiqə götürdüyüm zaman, mən, öz səhərimi ona təsvir etdim. Mənim qızım, saç daramaqdan başqa ona verdiyim bütün tapşırıqları yerinə yetirirdi. O, darağı götürüb stolum üstünə qoyduqdan sonra, səhər yeməyini yeməyə başlayırdı. Bunu gördükdə, mən qızıma deyirdim: “Saat 7.20 kimi saçını daramadığın üçün, 15 sent mükafatını almayacaqsan”.
Elliot Jaffe, bu məsələ ilə bağlı mənə bu kimi tövsiyələr vermişdir.
“Birincisi, – o dedi, – “etməmisən” ifadəsindən istifadə etməli deyildiniz. Növbəti dəfə ona sual verin: “Əlindəki nədir elə? Daraq? Bu necə işləyir? Mənə göstərə bilərsən?”. Əmin olun ki, bu metod çox effektiv olacaq.
Variant №3. Sizin üçün rahat olacaq bir qrafik tərtib edin.
Müsbət möhkəmlətmə metodu sizin həyatınızı dəyişdirəcək. Bu il sizin həyatınızda xaos daha az, sabitlik isə daha çox olacaq. Bunun üçün aşağıdakı tövsiyələrdən yararlana bilərsiniz.
Zərurət yarandıqda, qrafikinizi dəyişin. Bu metoddan istifadə etməyə başlayanda, mənim uşaqlarım mükafatı almaq üçün hər səhər doqquz tapşırıq yerinə yetirməli idilər. Nəyisə çatdırmayanda, onlar çaş-baş qalırdılar. Bu səbəbdən, biz, mövcud tapşırıqlar içindən ən vacib 3 tapşırığı seçirdik ki, ilk növbədə onları yerinə yetirək. Əgər uşaqlar bu üç tapşırığı vaxtında yerinə yetirsələr, mən onlara mükafat verirdim.
Uşaqlarınızı motivasiya edən bir mükafat seçin və onu tez-tez verin
Mükafat kimi oyuncaqlar, pul və ya imtiyazlardan istifadə edə bilərsiniz. Nəzərə alın ki, bütün uşaqlar fərqlidir. Kimsə mükafatını dərhal almalıdır, kimsə isə gün ərzində bir dəfə almaqla kifayətlənir. Mən öz övladlarımı həftədə bir dəfə mükafatlandırıram.
Öz qrafikinizi pozitiv yöndə tənzimləyin
Mənim həftəlik qrafikim bir səhifədə yerləşir. Lakin, ekspertlər tövsiyə edirlər ki, hər bir gün bir səhifədə təsvir olunmalıdır. Nəzərə alın ki, bu qrafik uşaqlar üçün nəzərdə tutulur. Qrafikin daha cəlbedici görünməsi üçün, müxtəlif rənglərdən və rəngli təsvirlərdən istifadə edə bilərsiniz. Qrafikdə “yox” sözündən istifadə olunmamalıdır.