Keçmiş həbsxananın binasında yerləşən otel dünyanın ən qeyri- adi otellərindən biridir. Bu otelin sakinləri sənəd imzalayıb otelin işçilərinin bütün gecə boyu onlarla düstaqlar kimi davranmalarına razılıq verməlidirlər.
Demək olar ki, bütöv 20-ci əsr ərzində Gözəllik adlı latviya həbsxanasının divarlarında çar, sonra nasist, daha sonra isə sovet rejiminin qurbanlarını saxlayırdılar.
Hal- hazırda bu bina muzey, attraksion və ekstrim sevənlər üçün otel kimi fəaliyyət göstərir. Cəmi 16 dollar ödəyərək qonaqlar kommunistik dövrün düstaqlarının yaşadıqlarını yaşaya bilərlər, həmçinin təhqir və fiziki zorakılıq.
Qeyri- adi oteldə bir gecə qalmağa razılaşanlar yerdə salınmış matraslarda yatmalı, həbsxana yeməyi ilə qidalanmalı və həmçinin həbsxana işçilərinin təhqirlərini dinləməli və onların əmrlərinə itaət etməli olurlar. Həbsxana- otelin qaydalarını pozan şəxslər ağır fiziki məşqlər kimi və həbsxananı təmizləmə cəzasına məruz qalırlar. Bundan əlavə, gecənin bir yarısı həbsxananın işçiləri düstaqları oyada da bilərlər.
Keçmiş düstaqlar və otelin qonaqları arasında yeganə fərq ondan ibarətdir ki, otelin qonaqları istənilən vaxt buranı tərk edə bilərlər.
Bundan savayı, əfsanələrə görə, həbsxanada bir çox ruhlar var. Burada qapılar özü- özünə açılır, dəhlizlərdən gözə görünməyən zəncirlərin səsləri gəlir.
Otelin qonaqlarının əksəriyyətini turistlər, tələbələr təşkil edir. Bir gecə belə olsa düstaq həyatına yaşamaq istəməyənlər isə günorta vaxtı həbsxananı muzey kimi ziyarət edə bilərlər.