16 C
Baku
Friday, October 18, 2024

Köhnəlmiş smartfonlarınızı atmayın – mütləq işinizə yarıyacaq

Köhnəlmiş mobil “ağıllı telefon”-larınızı atmayın.

Banker.az sizə köhnəlmiş smartfonlarınızı yenidən və və necə istifadə etməyin mümkün yollarını təqdim edir.

Günün tələblərinə uyğun olaraq azyaşlı uşaqlardan başqa, demək olar ki, hər kəsin mobil telefonu vardır. Həmin telefonların böyük qismi də telefonların da çoxu smartfonlar – “ağıllı telefonlar”-dır. Zamanla ailə üzvlərinin istifadə etdiyi telefonlarda texniki problemlərin meydana gəlməsi və ya mobil yenilikləri dəstəkləməməsi üzündən köhnələn həmin telefonlar çox vaxt evin bir küncündə “yatırlar”

Bu səbəbdən də Banker.az  köhnəlmiş Android və iOS əməliyyat sistemli smartfonları “ağıllı” şəkildə dəyərləndirmənin yollarından bəhs edərək Sizi məlumatlandıracaq.

Beləliklə, biz başladıq:

 1. Köhnə smartfonu məsafədən idarəedici (“pult”) kimi istifadə edə billmək

Köhnə “ağıllı telefon”-u “pult” kimi istifadə etmək heç də ürəkaçan deyil. Çünki hal-hazırda istifadə olunan  “ağıllı televizor”-ların mütləq öz mobil tətbiqetməsi vardır. Televizoru simsiz internet şəbəkəsi vasitəsi ilə idarə etmək indi çox asanlaşıb. Bu zaman smartfonla televizorun eyni Wi-Fi-ya qoşulması çox vacibdir.

Xatırladırıq ki, bəzi köhnə smartfonlarda  infraqırmızı şüa özəlliyi vardır ki, bu bənd onlarda işə yaramaya bilər. Çünki bu özəllik sayəsində əlavə bir tətbiqetmə yükləmədən köhnə “ağıllı telefon”-u dərhal “pult” kimi istifadə etmək mümkün deyil.

1 9

2. Köhnə smartfonu avtomobildə touch screen” (və ya həssas ekran) kimi istifadə edə bilmək

Siz köhnə smartfonunuzu avtomobilinizdə funksional bir “touch screen” kimi zövqlə istifadə edə bilərsiniz. Məsələn, İnternet olmadan da həmismartfonu naviqasiya cihazı kimi istifadə etmək olar. Həmçinin köhnə “ağıllı telefon”-u  sürətgöstərən, musiqiyə qulaq asmaq, film izlmək və başqa bu kimi əmrləri yerinə yetirə bilən cihaz kimi istifadə edə bilmək.

2 3

3. Köhnə smartfonlarınızı övladınıza nazrət edə bilmək üçün kamera kimi istifadə edə bilmək

Köhnə “ağıllı telefon”-u körpələr, həmçinin azyaşlı uşaqlar üçün səsə və hərəktə nəzarət edə bilən “ağıllı kamera” olaraq istifadə etmək və ya eyni şəkildə evdə soyğuna (oğurluq hallarına qarşı) siqnalizasiya sistemi kimi də istifadə edə bilərsiniz. Sadalananları edə bilmık üçün sadcə olaraq həmin telefona müvafiq tətbiqetmələri yükləmək – quraşdırmaq tələb olunur. Köhnə smartfonu körpənin (azyaşlının) olduğu yerə qoyaraq, naməlum səs və ya hərəkət anında səs (siqnal), yaxud mail vasitəsi ilə xəbərdar ola bilərsiniz. Xüsusilə,  evdə heç kim olmayanda “ağıllı telefon”-nun ön və ya arxa kamerasını istifadə edərək, hər hansı bir şübhəli məqamda xəbərdaredici cihaz kimi də istifadə etmək mümkündür.

hqdefaultwifi baby monitor

4. Köhnə smartfonu masa üzərində çoxfunksiyalı saat kimi istifadə edə bilmək

Köhnə “ağıllı telefon”-u çoxfunksiyalı gözəl bir “ağıllı saat” kimi istifadə edə bilərsiniz. Həmçinin gecə görüləbilən saat mövzuları quraşdıraraq (“wallpaper”) işlək vəziyyətə gətirmək olar. Bununla yanaşı bir çox smartfonların özünün ekran divar üçün kağızları mövcuddur.

maxresdefault 5

52812382 s

5. Köhnə smartfonu uşaqlar üçün oyun konsolu (joystick) kimi istifadə edə bilmək

Uşaqlaq smartfon ilə oyun oynamağı çox sevirlər. Heç şübhəsiz ki, uşaqların bu “sevgisi”-nə görə bir çox insan öz smartfonlarına nəzər yetirməyə çox vaxt ayıra bilmir. Bu kimi hallarda, köhnə köhnə smartfonu uşaqlar üçün oyun konsolu (joystick) kimi istifadə etmək olduqca ağıllı görünür.

5 2

6. Köhnə smartfonu rəsm çərçivəsi kimi istifadə etmək

Köhnə smartfonunuzu faydalı hala gətirmənin digər bir yolu da onu rəsm çərçivəsi kimi istifadə etməkdir. Müvafiq tətbiqetməni yükləyərək olduqca maraqlı və əyləncəli rəsm çərçivələri tapmaq mümkündür. Həmçinin eyni anda fona musiqi də əlavə edərək, yaddaqalan mühit yaratmaq olar.

666 2

Son xəbərlər
Digər xəbərlər