Bank “BTB” ASC Risklərin idarə edilməsi departamenti, Uyğunluq şöbəsinin Aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Uyğunluq şöbəsinin Aparıcı mütəxəssisi
İş barədə məlumat:
1. Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirir və pozuntular barədə dərhal Uyğunluq şöbəsinin rəhbərinə məlumat verir.
2. Risklərin idarə edilməsi məqsədi ilə bankın digər struktur bölmələrindən alınmış məlumatları təhlil edir.
3. Çirkli pulların yuyulmasına qarşı siyasəti və daxili qaydalarının layihələrini, onlara əlavə və dəyişikliklər üzrə təkliflərin hazırlanmasında iştirak edir və müvafiq təsdiqdən sonra onları icra edir.
4. Çirkli pulların yuyulmasına qarşı siyasət və daxili qaydalarda nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsini təmin edir.
5. Bankdaxili qaydalara müvafiq olaraq, şöbənin fəaliyyəti barədə hesabatlar hazırlayır.
Namizədə tələblər:
– Ali təhsil;
– Bank və çirkli pulların yuyulması ilə əlaqədar qanunvericilik sahəsində biliklər;
– Banklarda risklərin idarə edilməsi sahəsində təcrübə;
– Ən azı 1 il bank sahəsində iş təcrübəsi;
– İdarəetmə və analitik bacarıqlar, tez və düzgün qərar qəbul etmə qabiliyyəti
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində ) 25.02.2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Risklərin idarə edilməsi departamenti/ Uyğunluq şöbəsinin Aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.