12 C
Baku
Monday, November 25, 2024

Kaliforniyada yaşayan azərbaycanlı alim

Qəribliyin nə olduğunu erkən gəncliyindən yaxşı bilir. İlk dəfə Leninqradda (indiki Sankt Peterburq) tələbə olarkən, indi də Amerikada. Amma o, yaşadığı ölkələrdə qarşılaşdığı çətinliklərə sinə gərə bilib, qürbətdə özünə bir vətən yaradıb- balaca Azərbaycan. Yaratdığı bu balaca Azərbaycanda həm özü yaşayır, həm də onu uzaq Amerikada yaşada bilir.
Haqqında söhbət açdığım Zərifə Musayeva Sabirabad rayonunda dünyaya gəlib. Körpə ikən Bakıya köçüblər. 1984-cü ildə Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki 180 nömrəli məktəbdə orta təhsilini başa vurub. 1985-1990-cı illərdə Leninqrad Dövlət Universitetinin fəlsəfə fakultəsində ali təhsil alıb. Vətənə dönərək 1992-ci ilədək İnşaat Mühəndisləri İnstitunda siyasi elmlərdən dərs deyib. 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda, 1996-ci ildən 2007-ci ilin sonunadək Bakı Dövlət Universitetində baş müəllim vəzifəsində çalışıb. 1998-ci ildən fəlsəfə elmləri namizədidir. 2004-2005-ci illərdə Amerikada Junior Faculty Development Program (JFDP) çərçivəsində 1 illik təcrübə keçib. 
11 2
22
Ömür gün yoldaşı Elsevər Musayev Naxçıvan şəhərində doğulub, boya-başa çatıb. Onunla Sankt Peterburq şəhərində tələbə olarkən tanış olublar. O vaxt Elsevər bəy Leninqrad Elektrotexnika İnstitutunda oxuyurmuş. İki övladları var – Sona xanım 27, Emin isə 20 yaşındadılar. Sona – San Xose Universitetini maliyyə, mühasibat ixtisası üzrə bitirib və hal-hazırda tanınmış maliyyə qurumlarından birində çalışır. Emin San Fransisko Dövlət Universitetində kompyuter mühəndisliyi üzrə təhsil alır. Zərifə xanım Azərbaycanla bağlı xeyli işlər görüb- bayram şənlikləri, mədəniyyət günləri, ailə axşamları, pikniklər, musiqi gecələri bu qəbildən olan tədbirlərdəndir. Vitse prezidenti olduğu “Azərbaycan Mədəniyyəti Cəmiyyəti” xeyli uğurlara imza atıb, Xocalı, Türklərin soyqrımı günlərində ştatın paytaxtı Sakramento şəhərində yürüşlər təşkil edib, Palo Alto şəhərinin ictaimai televiziyasında Xocalı soyqrımı ilə bağlı müxtəlif sənədli filmlərin nümayişinə nail olub. Artıq bir neçə ildir ki, bu filmlər ictimaiyyətə təqdim olunur. Ailə axşamlarında bir çox Azərbaycanlı ailələr bir yerə gələrək övladlarının ana dilində milli rəqs, mahnı və səhnəciklər hazırlanmasını təşkil etmişlər. 
50705 3097482820
Bir vaxtlar evində Azərbacan dili dərsləri keçib. O, bu kurslarla Amerikada doğulan azərbacanlı uşaqlara ana dilində yazıb-oxumağı təmənnasız öyrətmişdir. Deyir ki: “Azərbaycan tarixi, mədəniyyəti zəngin olan qədim ölkədir. Amerika tarixi ölkəmizlə müqayisədə çox gəncdir. Buna baxmayaraq, bu ölkədə müxtəlif mədəniyyətlər bir araya gələrək biri-birlərini zənginləşdirir. Çalışırıq ki, bu ölkəyə inteqrasiya olub, öz mədəniyyətimizi amerikalılara bacardığımız qədər təbliğ edək. Müxtəliflik və fərqlilik dəyərlərinə əsaslanan ABŞ-da milli kimliyimizi amerikalılara tanıdıb, ölkəmizə rəğbət aşılayaq “. 

Təvəzökar, ciddi və həm də çox mehriban olan bu xanımın Amerikada gördüyü işlər təqdirə layiqdir. On bir ildir ABŞ-da yaşamasına baxmayaraq, Azərbaycan sevgisi onu bir an belə tərk etməyib. 

51283 7743707050
©azvision.az
Son xəbərlər
Digər xəbərlər