Novruz bayramı münasibətilə Bolkart sahibləri üçün “Bank of Baku” nağdlaşdırma kampaniyası elan edir. 15-19 mart 2014-cü il tarixləri arasında kartdan pul çıxaran Bolkart sahibləri, mayın 10-dək faizsiz ödəniş imkanı qazanır. Nağdlaşdırmanın komissiya haqqı 3 %-dir.
Kart sahibləri balanslarındakı bütün məbləği nağdlaşdıra bilərlər. Bolkartı nağdlaşdırmaq üçün “Bank of Baku”-nun istənilən bankomatına üz tutmaq olar. Bank bankomatlarının dəqiq ünvanları ilə bu keçiddən tanış olmaq mümkündür: http://www.bankofbaku.com/az/filials-and-atms/atms/
Beləliklə, indi hər bir Bolakrt sahibi bayramqabağı alış-veriş üçün nağd pulu “Bank of Baku”-nun kredit kartı vasitəsilə rahat əldə edə bilər.