Nazirlər Kabineti sıxılmış qazla hərəkətə gətirilən nəqliyyat vasitələrinin idxalı zamanı tətbiq olunan gömrük rüsumlarının dərəcələrini təsdiq edib.
Hökumətin bu gün rəsmi mətbuatda dərc olunmuş qərarına əsasən məxsusi olaraq hava limanlarında istifadə üçün nəzərdə tutulmuş, istismar müddəti 1 ildən çox olan, sıxılmış qazla hərəkətə gətirilən nəqliyyat vasitələrinin idxalı zamanı gömrük rüsumunun dərəcəsi mühərrikinin 1 sm3-nə görə $0,5 məbləğində müəyyən edilib.
Yeni nəqliyyat vasitələri üçün dərəcə 1 sm3-ə görə $0,7 təşkil edəcək.
Bundan başqa, 120 nəfəri daşımaq üçün nəzərdə tutulmuş, sıxılmış qazla hərəkətə gətirilən avtobusların idxalı zamanı mühərrikinin 1 sm3-nə görə $1,2 məbləğində rüsum tətbiq olunacaq.
Qərar rəsmi mətbuatda dərc olunduqdan 30 gün sonra, yəni martın 7-də qüvvəyə minəcək.