7 C
Baku
Thursday, December 12, 2024

Novruz Məmmədov meşə meyvələri ilə bağlı qərarını ləğv edib

Azərbaycan Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli və “Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında” 2004-cü il 30 sentyabr tarixli 145 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 nömrəli Qərarının 1.2-ci bəndində “1-7” rəqəmləri “1-4, 6, 7” rəqəmləri ilə əvəz edilib və 5 nömrəli əlavəsi ləğv olunub.

Banker.az xəbər verir ki, bununla bağlı sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

Bu dəyişikliklərdə yabanı (cır) meyvələrin (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 1 manat, peyvənd meyvələr (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 2 manat, itburnunun hər kiloqramına görə 2 manat, çaytikanının hər kiloqramına görə 3 manat, digər dərman bitkilərinin hər kiloqramına görə 2 manat, şabalıd və fındığın hər kiloqramına görə 2 manat, qozun hər kiloqramına görə 2 manat, fıstıq toxumunun 1.5 manat, palıdın hər kiloqramına 1 manat, cökənin hər kiloqramına görə 1.5 manat ödəniş nəzərdə tutulurdu.

Oxşar yazı: Prezidentin göstərişi ilə meşə təsərrüfatında meyvələrin və bitkilərin yığılmasına tətbiq edilən ödənişlərə dəyişikliklər ləğv olundu

Bundan başqa, qamış, qarğı, meşə döşənəyi və tökülmüş yarpaqların hər kubmetrinə 50 qəpik ödəniş tətbiq olunacaqdı.

Qeyd edək ki, fevralın 6-da Prezident İlham Əliyev bu qərarın ləğv edilməsi ilə bağlı göstəriş verib.

Son xəbərlər
Digər xəbərlər