6 C
Baku
Sunday, December 15, 2024

Bu il yay aylarında Chrome öz reklam bloklayıcı funksiyasını əlavə edəcək

Chrome proqramçıları hələ 2018-ci ilin əvvəlində brauzerin daxilinə reklam bloklayıcısı əlavə ediblər,lakin hələki bu imkan yalnız ABŞ-da, Kanada-da və bir neçə Avropa ölkəsində işlək idi. İndi Google elan etdi ki, 9 iyul 2019 tarixindən etibarən bloklayıcı bütün ölkələr üçün açıq olacaq.

Xatırladırıq ki, Chrome-un reklam bloklayıcısı Adblock və ya bənzər həllər kimi işləmir. Brauzer yalnız “Coalition for Better Ads” standartlarına uyğun olmayan reklamlar ilə mübarizə aparır. Faktiki olaraq bloklayıcı aşağıdaki qaydalara zidd olan yalnız aqressiv və bezdirici reklamları bloklayır:

  • avtomatik işə düşən audio və video reklamlar
  • Ekranın böyük hissəsini qapadan pop-up bannerlər.
  • Prestitial-reklam. Bu termin ilə öz ayrıca səhifəsi olan, məqsəd saytdan öncə özünə aparan və bu səhifəni nə zaman tərk edə biləciyiniz vaxtı göstərən taymeri olan bezdirici reklam növü adlandırılır.
  • Pəncərənin üst hissəsinə bərkidilmiş və ekranın 30%-inə qədərini zəbt edən böyük banner.
  • Saytların mobil versiyalarında rəngi tez-tez sərt dəyişən, yanıb-sönmə effekti verərək qıcıqlandıran reklamlar da xoş qarşılanmır.
  • Coalition for Better Ads bu yay öz standartlarını bütün dünyaya yaymağı planlaşdırır, Chrome proqramçıları da analoji hərəkət edəcəklər. Belə ki, əgər sizin saytınız az öncə qeyd olunan qaydalardan hər-hansı birisini pozarsa, 9 iyuldan etibarən Chrome sizin saytınızdaki istənilən reklamı bloklayacaqdır(əgər problem 30 gün ərzində aradan qaldırılmasa).
  • Google təmsilçiləri yazırlar ki, keçən il ərzində ABŞ, Kanada və Avropa təcrübəsi təsdiqlədi ki, sayt sahiblərinin əksər hissəsi öz resurslarını daha yaxşı tərəfə dəyişib bezdirici reklamlardan imtina etməyə hazırdırlar. 1 yanvar 2019-cu il nəticələrinə əsasən bu qaydaları pozan bütün saytların ⅔ hisəsi artıq bu problemləri aradan qaldırıblar və o vaxtdan reputasiyaları müsbət tərəfə irəliləyib. Həmçinin qeyd olunur ki, Chrome üzərindən istifadə olunan milyonlarla saytdan yalnız 1%-i bu qaydaları pozaraq Coalition for Better Ads tərəfindən qadağan olan reklam tipini nümayiş edir.
  • ©technote
Son xəbərlər
Digər xəbərlər