Dünya birjalarında neftin qiyməti bir qədər də artıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 9:50 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 0.24$ yəni, 0.44% artaraq 54.65$-da qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.36$, yəni, 0.56% bahalaşaraq 64.93$-a təklif olunub.
Bakı vaxtı ilə gecə saatlarında Brent 65 dolları da ötüb, lakin, sonradan cüzi fərqlə ucuzlaşıb.