Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.
Banker.az xəbər verir ki, Mia.az-a daxil olan məlumata görə, nazir Muxtar Babayevin əmri ilə nazirliyin Meşələrin İnkişafı Departamentinin direktoru Söhrab Abbasov işdən azad edilib.
Nazir departament direktoru vəzifəsini müvəqqəti olaraq Ağaqardaş Qaraşova tapşırıb.
Qeyd edək ki, Ağaqardaş Qaraşov buna qədər Meşələrin İnkişafı Departamentinin direktor müavini vəzifəsində çalışırdı.
Xəbəri nazirlik təsdiqləyib. Bildirilib ki, işdən azad edilən Söhrab Abbasova başqa vəzifə verilib. O, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-yə sədr müavini təyin olunub.