6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan şirkəti Oman və BƏƏ-yə quru meyvə ixrac etmək niyyətindədir

“Eco Dry” Oman və BƏƏ-yə quru meyvə ixrac etmək niyyətindədir
Azərbaycan şirkətləri “Gulfood 2019” beynəlxalq qida sərgisi çərçivəsində Oman və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məhsul ixracına dair razılıqlar əldə edib. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

“Eco Dry” şirkətinin Oman və BƏƏ şirkətləri ilə meyvə qurularının ixracına dair apardığı danışıqlar razılıqla nəticələnib. “Babək Sirab” şirkəti Səudiyyə Ərəbistanı, “Gədəbəy Mineral Suları” şirkəti isə Oman, BƏƏ və Hindistandan olan şirkətlərlə qazsız suların ixracına dair ilkin razılığa gəlib”, – deyə məlumatda bildirilir.

“Delta” şirkəti bir sıra Afrika ölkələrinə məhsulların satışına dair distribyutor şirkətlə razılıq əldə edib.

“CanPa” şirkəti BƏƏ-dən olan şirkətlə məhsulların satışına dair razılıq əldə edib, yaxın günlərdə qənnadı məhsullarının ixracına başlanılacaq.

Xəbər verildiyi kimi, 21 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” brendi altında vahid ölkə stendində təqdim edir.

“Gulfood 2019” beynəlxalq qida sərgisi fevralın 21-də başa çatacaq.

Son xəbərlər
Digər xəbərlər