9 C
Baku
Monday, December 23, 2024

“ASAN Xidmət” daha bir səlahiyyət aldı

Azərbaycan Prezidenti 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə dəyişiklik edilməsi barədə fərman imzalayıb. Bu barədə Banker.az rəsmi sənədə istinad edir.

Prezidentin 2016-cı il 6 dekabr Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin 10-cu hissəsinin 2.4.1-ci yarımbəndinə “Əsas icraçı” sütununa “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” (ASAN Xidmət) sözləri əlavə edilib.

Oxşar yazı: Banklarda 3-4 günə olurdusa, “ASAN Finans”da bu dəqiqəyə mümkün olacaq — müsahibə

Bundan əlavə fərmanda “İcra müddəti” sütununda “2019” rəqəmləri “2020” rəqəmləri ilə əvəz edilib.

Xatırladaq ki, 2016-cı ildə qəbul edilən bu fərmanda əsas icraçılar Prezident Adminstrasiyası, Nazirlər Kabineti , Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi, Əmlak Məsəlləri Dövlət Komitəsi və İqtisadiyyat Nazirliyi kimi dövlət qurumları idilər.

Son xəbərlər
Digər xəbərlər