Bazar günü Azərbaycanda saatların əqrəbləri bir saat irəli çəkiləcək. Saat əqrəblərinin irəli və ya geri çəkilməsi əksər inkişaf etmiş ölkələrdə o cümlədən Avropa dövlətlərində tətbiq edilir.
İqtisadçı ekspert Vüqar Bayramovun dediklərinə görə, yay və ya qış vaxtına keçid iqtisadi, psixoloji və tibbi faktorlar ilə bağlı olsa da? krimanal hadisələrə qarşı mübarizə tədbiri kimi də tətbiq edilir.
İqtisadi baxımdan bu qərarların əsas səbəbi, yeni sistemə keçməklə enerjiyə qənaət etmək imkanının və eləcə də sosial vətəndaşların yenifəsilə adaptasiya edilməsi baxımından əhəmiyyətli olması ilə bağlıdır.
Ümumiyyətlə desək yay vaxtına keçidlə bağlı daima həm müsbət, həm də mənfi fikirlər səslənib.
Yay vaxtına keçmənin əhəmiyyəti ondan ibarətdir ki, iş başladığı andan bitənə qədər, praktiki olaraq hava işıqlı olduğundan, həmin zaman müddətində enerjiyə qənaət olunur. Bunun digər tərəfi ondan ibarətdir ki, məşğul əhali yeni fəsilə uyğunlaşa bilirlər. Beynəlxalq standartlara əsasən, saatların geri çəkilməsi ilə həmin müddət ərzində ölkəmizdə enerji sərfinə 5 faiz qənaət edilir. Və nəticədə ölkə iqtisadiyyatına maddi xeyir gətirir.
Mütəxəssislərin fikrincə, qış və yay vaxtlarının tətbiq edilməsi doğru addımdır.Bu, Avropada tətbiq edilmiş və uzun müddət sınanılmış bir praktikadır. Tətbiq olunan praktika yalnız iqtisadi deyil, eyni zamanda psixoloji və digər aspektlərə də əsaslandırılır. Azərbaycanda bu sistemin tətbiqinin, həm fəslin dəyişməsi ilə əlaqədar olaraq işçilərin əhval-ruhiyyəsinin mövsümə uyğunlaşdırılmasına, həm də məhsuldarlığın artması aspektinə müsbət təsirləri var.
Yay vaxtına keçid xidmət sektorlarında iş vaxtının daha uzunmüddətli olmasına şərait yaradılması baxımından əhəmiyyətlidir. Bu xidmət sektorunda çalışan müəssisələrin gəlirlərinin artmasına təsir göstərir. İqtisadi baxımdan, aqrar sector iş müddətinin uzanmasl baxımdan saat əqrəblərinin irəli çəkilməsindən udan sektor hesab edilir.
Amerika alimlərinin apardığı sosioloji araşdırmalardan məlum olub ki, yay vaxtına keçid ilk öncə insanların aktiv həyat tərzinə keçid alması üçün şərait yaradır. Bu da insanların daha aktiv işlə məşğul olmasına gətirib çıxarır.
Əhali arasında aparılan sorğulardan məlum olub ki, təxminən əhalinin 40% yay vaxtına keçidlə bağlı heç bir problem yaşamır. Əksinə bu onlar üçün daha da rahatlıq yaradır. Əhalinin 48% isə bu sistemin onların səhhətinə mənfi təsir etdiyini deyir.